Ordu.az xəbər verir ki, başlıq altında minlərlə tvitin atılması nəticəsində HocalıKatliamı hal-hazırda dünya trendində ilk beşlikdə yer alıb.
Qardaş ölkənin təşəbbüsünə azərbaycanlı tvitter istifadəçiləri də qoşulub. Başlıq altında soyqırım haqqında müxtəlif faktlar, məlumatlar, Azərbaycan həqiqətləri dünyaya çatdırılıb.
Qeyd edək ki, sözügedən trend siyahısı cari vaxtda tvitter sosial şəbəkəsində ən çox müzakirə edilən mövzuları əhatə edir və bütün dünyadakı istifadəçilərin diqqətinə çatdırılır.
Ağalar Ağalarlı
Ordu.az