Qarabağda daha bir düşmən əsgəri özünə qəsd edib

2018/02/15041873084790152407_1000x66934534534_1508745767456_1519630578.jpg
Oxunub: 1996     15:33     26 Fevral 2018    
Ermənistan ordusundakı acınacaqlı vəziyyətdən bezən daha bir əsgər xidmətdən yayınmaq üçün özünə qəsd edib.

Ordu.az xəbər verir ki, işğal altında olan Əsgəran yaşayış məntəqəsində yerləşdirilmiş düşmən ordusunun bölmələrindən birinin əsgəri Qaqiq Mehrabyan axşam saatlarında odlu silahdan atəş açmaqla özünü ayağından yaralayıb.

Xankəndi şəhərində hərbi hospitala yerləşdirilən əsgərin vəziyyəti normaldır. Ermənistanın Masis rayonundan çağrılan əsgərlə hadisəni araşdırmağa gəlmiş müstəntiq söhbət edib.

Hadisəni ört-basdır etməyə çalışan komandanlığın razılığına əsasən baş vermiş qanlı insidentlə bağlı cinayət işi açılmayıb. Sosial şəbəkədə hadisə barədə məlumat yayılsada, rəsmi məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   İntihar  


Bizi "telegram"da izləyin