Cəbhəboyu zonada yerləşən bölmələrdə mədəni-kütləvi tədbirlər keçirilib

2018/02/cb16361c68c0e704066039b7e608920f_1519484034.jpg
Oxunub: 3564     22:36     24 Fevral 2018    
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili məqsədilə səyyar təşviqat dəstəsi tərəfindən düşmənlə təmas xəttində yerləşən bölmələrdə mədəni-kütləvi tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kollektivi hərbi qulluqçularla görüşlərdə Vətənə, xalqa bağlılıq, dövlətə və hərbi anda sədaqət, düşmənə nifrət hissinin aşılanması ilə bağlı müxtəlif mövzularda söhbətlər aparıb, şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   Cəbhə   Qarabağ  


Bizi "telegram"da izləyin