Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib

2018/02/16f5d95b193ab203e0e088b2fecb4ec4_1519476154.jpg
Oxunub: 2916     20:34     24 Fevral 2018    
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, görüşlərdə çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirləri, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolunu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsullarını qeyd edib, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərini şəxsi heyətin diqqətinə çatdırıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edərək fikir və təkliflərini səsləndiriblər.

Ordu.az

Foto

Teqlər: Müdafiə-Nazirliyi   Şəhadət   Hərbi-vətənpərvərlik  

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib

2018/02/16f5d95b193ab203e0e088b2fecb4ec4_1519476154.jpg
Oxunub: 2917     20:34     24 Fevral 2018    