Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmələrin şimal-şərq istiqamətindəki bölmələrindən birində atəşkəsi pozmağa cəhd edərkən məhv edilən erməni əsgəri 20 yaşlı Qriqor Yeğoyan Axuryan rayonun kənd sakini olub.
Axuryan kənd icra nümayəndəsi Artsrun İgidyanın verdiyi məlumata görə, 2016-ci ildə hərbi xidmətə çağırılmış Qriqor Yeğoyan 5 aydan sonra təxris edilməli idi. O, ailənin kiçik övladı olub, 1 bacısı, 1 qardaşı var. Ailəsi Rusiyada olan Qriqor Yeğoyan hərbi xidmət keçmək üçün Ermənistana qayıtmışdı.
Xatırladaq ki, işğal altında olan Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmələrin şimal-şərq istiqamətindəki bölmələrindən birində atəşkəsi pozmağa cəhd edərkən 20 yaşlı erməni əsgəri Qriqor Yeğoyan məhv edilib.
Alpər Mövludoğlu
Ordu.az