Öldürülən erməni əsgərlərinin "qara qutu"su: Komandir əsgərini öldürüb?

2018/02/received_2479816075577879_1519237180.jpeg
Oxunub: 2142     02:19     22 Fevral 2018    
İşğal altında olan Qarabağda "Yegnikner" adlanan hərbi hissədə erməni əsgərinin ölümünə cavabdeh olan şəxslərin adlarını gizlədilir. Atəşkəs şəratində ölən erməni əsgərlərin taleyi "qara qutu" kimi bağlı saxlanılır. Təyyarə qəzalarındakı "qara qutu"ların məlumatı ictimaiyyətə açıqlansa da, Ermənistanda əsgər ölümlərinin "qara qutu"ları heç vaxt açıqlanmır. Ölən hərbi qulluqçuların valideynlərinə heç vaxt həqiqət bildirilmir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, belə bir hadisə Spitak rayonundan olan 20 yaşlı Hovsep Qriqoryanın ölüm hadisəsində də baş verib.

O, Rusiyada yaşayan onlarla erməni kimi geri qayıdıb və hərbi xidmətə yollanıb. Hərbi xidmətə çağırılaraq, işağl altında olan Qarabağda "Yeğnikner" hərbi hissəsində qulluğa başlayıb. 6 ay xidmət etdikdən sonra döyüş növbətçiliyi zamanı alnından aldığı güllə yarası səbəbindən ölüb.

Ölən əsgərin anası Armine Avetisyan bildirib ki, oğlu komandirindən daimi narazılıq edirdi. Komandir onları daim gecələr yuxudan oyadıb, çöldə sıraya düzərək, soyuq havada silahlı qüvvələrin nizamnamələrini oxutmağa məcbur edib.

Dəfndə iştirak edən "Yegnikner" hərbi hissəsindən gələn hərbi qulluqçular bildirib ki, həmin komandir tutduğu vəzifədən azad edilsə də, başqa hərbi hissəyə təyin edilib.

Lakin araşdırmalar zamanı məlum olub ki, "Yeğnikner" hərbi hissəsində heç kim tutduğu vəzifədən azad edilməyib. Faktiki olaraq, Spitak şəhərinə çatdıqda, hərbi hissədən gələnlər ölən hərbi qulluqçunun valideynlərini aldadıblar.

Buradan məlum olur ki, qaranlıq ölüm işində erməni komandirin iştirakını, onun günahını gizlətmək məqsədilə, ölən hərbi qulluqçunun valideynlərinin başı altına "yumşaq yastıq" qoyurlar.

Xatırladaq ki, yanvarın 27-də saat 16:25-16:45 radələrində işğal altında Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmələrindən birində əsgər Hovsep Kareni Qriqoryan başın alın hissəsindən aldığı güllə yarasından ölüb. Qaldırılan cinayət işi çərçivəsində xidmət yoldaşına qarşı ittiham irəli sürülərək, həbs edilib.

Daha sonra məlum olub ki, həbs edilən İrəvanın Çarbax kənd sakini pulemyotçu Aşot Çaxalyandır. Ancaq ölən əsgərin valideynləri 1.5 il xidmət edən Aşot Çaxalyanın ehtiyatsızlıqdan, həm də ölən əsgərə təhkim edilmiş silahdan atəş açaraq ölümə səbəb olmasına inanmırlar.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Erməni-əsgər   Qara-qutu  

Öldürülən erməni əsgərlərinin "qara qutu"su: Komandir əsgərini öldürüb?

2018/02/received_2479816075577879_1519237180.jpeg
Oxunub: 2143     02:19     22 Fevral 2018    