Donbasda atəş səngimir: 1 ölü, 2 yaralı

2018/02/ato_1_1519232911.jpg
Oxunub: 2483     01:07     22 Fevral 2018    
Ukraynanın şərqində fəaliyyət göstərən separatçı qüvvələrin hücumu nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub, 2 əsgər isə yaralanıb.

Ordu.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Terrorizmlə Mübarizə Əməliyyat Qərargahının mətbuat xidməti məlumat yayıb.

"Gün ərzində separatçılar 13 dəfə atəş açıb. Təəssüf ki, bir əsgər həlak olub, iki əsgər yaralanıb", - deyə məlumatda qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin