Misir Silahlı Qüvvələrinin Sinay yarımdasında həyata keçirdiyi əməliyyat nəticəsində çox təhlükəli olduğu bildirilən 4 ekstremist məhv edilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində onlarla şübhəli saxlanılıb. Həmçinin terrorçuların qoyub qaçdığı xeyli sayda silah-sursat da ələ keçirilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Sinay
Misir
Terror