Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində birgə həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatı çərçivəsində daha bir kənd terrorçulardan təmizlənib.
Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, azad edilən məntəqə Afrinin şimalında yerləşən Qarababa kəndidir.
Məlumat üçün qeyd edək ki, bununla da Afrində terrorçulardan təmizlənən kəndlərin sayı 63-ə çatıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Afrin
Zeytun-Budağı
Türkiyə