Türkiyə Afrinə əlavə 1200 xüsusi təyinatlı göndərib

2018/02/785_1519217873.jpg
Oxunub: 3936     20:55     21 Fevral 2018    
Ankara Türkiyə Silahlı Qüvvələrinin Afrində YPG-yə qarşı mübarizəsini dəstəkləmək məqsədilə oraya daha 1200 xüsusi təyinatlı göndərib.

Ordu.az “Turk Press” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindən olan hərbi mənbələr məlumat verib.

Bu addım xüsusi təyinatlıların adətən daha qızğın döyüşlər gedən mövqelərə göndərilərək həmin ərazidə YPG terrorçularının mövqelərini zəiflətməsinə hesablanıb.

Qeyd edək ki, daha öncə rəsmi Dəməşqin də Afrinə ordu birləşmələri göndərdiyi iddia edilirdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   Afrin-əməliyyatı   Zeytun-budağı  


Bizi "telegram"da izləyin