Afrində daha bir kənd azad edilib

2018/02/1361466351_1519209941.jpg
Oxunub: 2452     18:45     21 Fevral 2018    
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatı nəticəsində daha bir kənd terrorçulardan azad olunub.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, azad edilən məntəqə Üverkan kəndidir.

Qeyd edək ki, əməliyyat nəticəsində bu vaxta qədər azad edilən kəndlərin sayı 62-yə çatıb. Bundan başqa aralarında 20 strateji yüksəklik, bir hərbi baza olmaqla ümumilikdə 90 məntəqə bu vaxta qədər terrorçulardan təmizlənib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   Zeytun-Budağı    


Bizi "telegram"da izləyin