Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə partiya sədrinin müavini Henrik Bax Mortensen bildirib.
"Biz bunun çox mürəkkəb bir məsələ olduğunu bilirik və bu münaqişənin həllinə nail olmaq üçün diqqətli olmaq, problemin həlli üçün vaxt lazım olduğunu başa düşmək lazımdır. ATƏT-in Minsk Qrupu bu məsələnin həllində əsas rol oynaya bilər", - deyə Mortensen deyib.
Onun sözlərinə görə, hər hansı bir münaqişənin həlli və qarşılıqlı inamın gücləndirilməsi üçün səylər göstərmək lazımdır.
Henrik Bax Mortensen bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatını tam dəstəklədiyini vurğulayıb.
Alpər Mahmudoğlu
Ordu.az