"ABŞ Rusiyanı Dağlıq Qarabağ münaqişəsi üzrə sıxışdırmaq istəyir" - Felqenqauer

2018/02/345345_1515589812324_1518718995.jpg
Oxunub: 498     22:02     15 Fevral 2018    
"ABŞ-ın layihəsi baş tutduğu halda bölgənin hərbiləşdirilməsi səviyyəsi aşağı düşəcək".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rus hərbi sənayesi müəssisələri ilə əməkdaşlıq edildiyi halda tətbiq edə biləcəyi sanksiyalarla ABŞ tərəfindən Ermənistana xəbərdarlıq edilməsini şərh edən rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, bu çox sistemli siyasətdir, çünki ABŞ-ın layihəsi baş tutduğu halda bölgənin hərbiləşdirilməsi səviyyəsi aşağı düşəcək.

"Hazırda bölgənin hərbiləşdirilməsi səviyyəsi çox yüksəkdir. Ancaq bu vəziyyət tərəflərin münaqişəni həll etməkdə yaxınlaşması anlamına gəlmir. ABŞ-ın məqsədi mövcud boşluğu silah satmaqla deyil, diplomatik fəallıqla və ya münaqişənin həlli üzrə yeni layihələrlə doldurmaqla, bölgədə öz mövcüdluğunu genişləndirməkdir.

Yəni Rusiya əleyhinə olan bu sanksiyalar vasitəsilə ABŞ Rusiyanı bir neçə istiqamətdə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişəsi üzrə sıxışdırmaqla yanaşı, həm də həmin bölgələrdə fəal rol oynamaq istəyir", - deyə rusiyalı ekspert deyib.

Alpər Mövlüdoğlu
Ordu.az

Teqlər: Rusiya-ABŞ   Ermənistan   Sanksiya   Qarabağ  

Xəbər lenti

"ABŞ Rusiyanı Dağlıq Qarabağ münaqişəsi üzrə sıxışdırmaq istəyir" - Felqenqauer

2018/02/345345_1515589812324_1518718995.jpg
Oxunub: 499     22:02     15 Fevral 2018    