ABŞ prezidenti Donald Trampın keçirilməsini istədiyi hərbi paradın qiyməti 10 milyon dollardan 30 milyon dollar arasında qiymətləndirilir.
Ordu.az “Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin büdcə məsələləri üzrə direktoru Mik Mulvaney bildirib.
Direktorun sözlərinə görə, hesablama ilkin ehtimallar üzərində aparılıb və prezidentin bazar ertəsi açıqlanan növbəti il üçün büdcə layihəsində göstərilməyib. Son rəqəmlərin paradın miqyasının genişliyindən asılı olaraq müəyyən edilə biləcəyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
Hərbi-parad