Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Colt Canada” bir müddətdir ki, Ukraynaya 100 min hücum tüfənginin satılması üzrə müqavilə bağlamağa çalışır.
Şirkətin meneceri Aleks Peyn kompaniyasının yanvarda Ukraynada hökumət rəsmiləri ilə bu məsələ ilə bağlı görüşlər keçirildiyini bildirib. O, bu tipli görüşlərin prosesin ilkin mərhələsi olduğunu və Ukraynanın ehtiyacı olduğu silahların müəyyənləşdirilməsi üçün azı 2 ilin tələb olunduğunu qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az