Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin baş zabiti, Sakit okeandakı hərbi əməliyyatlara nəzarət edən admiral Harri Harris bəyan edib.
O qeyd edib ki, Kim Çen Ina nüvə silahı rejimin müdafiəsi üçün lazımdır, lakin onun daha böyük qolobal planları var.
“Düşünürəm ki, biz Şimali Koreyanın nüvə ambisiyalarını yalnız öz rejimlərinin müdafiəsi kimi qiymətləndirəndə, səhvə yol veririk. Mən həqiqətən düşünürəm ki, Kim Çen In vahid kommunist sistemi əsasında vahid birləşməyə çalışır. O, babası və atasının edə bilmədiyini etməyə çalışır və düşünür ki, bu, onun hüququdur”, - deyə admiral bildirib.
Ağalar Qəribov
Ordu.az