Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya xarici işlər nazirinin müavini Feysal Məkdad bəyan edib.
O, fevralın 7-də ABŞ-ın başçılıq etdiyi koalisiyanın Deyr-əz Zor bilayətində Suriya ordusu mövqelərində döyüşən muzdlulara zərbələr endirməsini hərbi cinayət adlandırıb.
“ABŞ Suriyada hərbi münaqişənin davam etməsini istəyir. Bizdə ABŞ-ın İŞİD terror qruplaşmasının sıralarında döyüşən min terrorçunu əsirlikdən buraxması barədə sübutlar var”, - deyə Məkdad bildirib.
Ağalar Qəribov
Ordu.az