Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə Belarus müdafiə naziri Andrey Ravkov bəyan edib.
“Rusiyada bu qırıcıların bəzi hissələri ilə problemlər yaranıb. Moskva onların bütün hissələrinin lokallaşdırılmış şəkildə istehsalını həyata keçirir. Ümid edirik ki, artıq 2019-cu ildə ilk Su-30SM-ləri ala biləcəyik”, - deyə Ravkov bildirib.
O qeyd edib ki, Belarus 2019-ci ildən başlayaraq hər il üçün 4 ədəd bu qırıcıdan almağı planlaşdırır.
Ağalar Qəribov
Ordu.az