Ordu.az Shamshyan.com-a istinadən xəbər verir ki, Sevan şəhəri (Göyçə-red) ərazisində 3163-17-10 dövlət nömrəli (sükan arxasında 2 yaşlı F.Favid ) UAZ və 34 VZ 869 dövlət nömrəli (sükan arxasında 27 yaşlı Ç. Aram) “Grand Cherokee” avtomobilləri toqquşub.
Qəza nəticəsində ikinci maşının sərnişinləri – 31 yaşlı Artur Ç. və 21 yaşlı Asmik A. Xəsarat alıblar.
Məlumata görə, F. David (mayor) Ermənistan İstintaq Komitəsi Baş Hərbi İstintaq İdarəsinin rəisidir.
Ağalar Qəribov
Ordu.az