Belarus Əbu-Dabidə kamikadze PUA-larını nümayiş etdirəcək - VİDEO
Oxunub: 2629
18:51
14 Fevral 2018
Belarus silah mühəndisləri Əbu-Dabidə keçiriləcək “UMEX/MST-2018” beynəlxalq sərgisində prespektivli zərbə və kəşfiyyat PUA-larını nümayiş etdirmək niyyətindədirlər.
Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Belarus sərgidə “Busel”, “Dirijabl” və “Burevestik” PUA-larını nümayiş etdirəcək.
Bu komplekslər içərisində ilk dəfə “Armiya-2016” sərgisində nümayiş etdirilən “Burevestik MB” PUA-sı xüsusilə prespektivli hesab olunur. Onun uçuş radiusu öz unikallığı ilə fərqlənir, həmçinin PUA-nın uçuş saatı da yetərincə çoxdur. “Burevestik”in ümumi çəkisi 60 kiloqram təşkil edir.
“Burevestik”lər optik-elektronik və infraqırmızı aparatura, lazer məsafəölçəni və radiasiya ölçücüsü ilə də təchiz olunub.
Bu PUA-ların ən maraqlı cəhəti onların həm də kamikadze kimi istifadə edilməsinin mükünlüyüdür.