Müqəddəs yola doğru: I Ordu Korpusunda andicmə mərasimi – FOTOLAR

2018/02/28000657_1011493738990930_2009714243_n_1518417055.jpg
Oxunub: 4208     10:31     12 Fevral 2018    
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir sıra hərbi hissələrində olduğu kimi, I Ordu Korpusunda da hərbi xidmətə başlayan gənc əsgərlər Vətənə sədaqət andı içib.

Ordu.az xəbər verir ki, Goranboy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə baş tutan andiçmə mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Əsgər valideynlərinin, keçmiş döyüşçülərin və yüksək rütbəli zabitlərin iştirak etdiyi tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun gənc əsgərlərə ünvanladığı təbrik məktubu səsləndirilib.

Daha sonra I Ordu Kopusu komandirinin müavini və hərbi hissə komandiri çıxış ediblər. Əlamətdar gün münasibəti ilə gənc əsgərləri təbrik edən natiqlər, onlara gələcəkdə keçəcəkləri şərəfli xidmət yolunda uğurlar arzulayıblar.

Yüzlərlə valideyn qarşısında gənc əsgərlər Vətənə sədaqət andı içdikdən sonra söz əsgər valideynlərinə verilib. Onlar öz çıxışlarında övladlarının ordu sıralarında xidmətə başlamalarından qürur duyduqlarını bildiriblər.

Açıqlama verən əsgər anası Qasımova Sənubər bu gün münasibəti ilə öz övladının timsalında bütün Azərbaycan əsgərləri ilə qürur duyduğunu deyib:

“Əsgər Samir Qasımlının anasıyam. Bu, mənim orduda xidmətə çağrılan üçüncü övladımdır. Bu gün Azərbaycan Ordusu və öz oğlumla qürur duyurum. Ordumuzun gücü göz önündədir. Biz valideynlər əminik ki, Ali Baş Komandan əmr verərsə, ordumuz qısa müddət ərzində düşmən tapdağı altında olan tarixi torpaqlarımızı işğaldan azad edəcək. Hətta bu yolda bir əsgər anası kimi övladımı qurban verməyə də hazıram...”

Əsgər anası həmçinin Azəbaycan Ordusuna məxsus hərbi hissələrdə yaradılan şəraitdən də razı olduğunu bildirib:

“Qeyd etmək lazımdır ki, əsgərlər üçün yaradılan şərait ürəkaçan səviyyədədir. Hətta burada əsgərlər üçün öz evlərindəki imkanlardan da yaxşı şərait yaradılıb. Bütün bunlara görə ordu komandanlığına özüm və bütün əsgər valideyinləri adından dərin minnətdarlığımı bildirirəm”.

Rəsmi hissə başa çatdıqdan sonra mərasim yerli incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirilib. Həmçinin gənc əsgərlər mərasim iştirakçılarına döyüş hazırlığı nümunəsi nümayiş etdiriblər.

Elgün Gəncimsoy, Goranboy
Ordu.az

Foto

Teqlər: Cəbhə   Andiçmə   Goranboy  

Xəbər lenti

Müqəddəs yola doğru: I Ordu Korpusunda andicmə mərasimi – FOTOLAR

2018/02/28000657_1011493738990930_2009714243_n_1518417055.jpg
Oxunub: 4209     10:31     12 Fevral 2018    