Cəbhənin Fizuli istiqamətində təxribat: 1 ölü, 2 yaralı

2018/02/345345_1518077304.jpg
Oxunub: 3790     16:06     08 Fevral 2018    
"Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb".

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fizuli   Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin