Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə şirkətin müdafiə, kosmos və təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Gene Canninqham bildirib.
Onun sözlərinə görə, kompaniya özünün KC-46 təyyarələri üçün Hindistan və digər ölkələrdə fürsətlər axtarır. Hindistan donanması keçən il aviadaşıyıcısı üçün 57 qırıcının alınması ilə bağlı tender elan edib. Eyni zamanda Hindistan Hərbi Hava Qüvvələri də ən azı 100 ədəd təyyarəyə ehtiyac olduğunu açıqlayıb.
Növbəti il ərzində müdafiə sahəsinə qırıcılardan tutmuş, dəbilqəyə qədər 250 milyard dollar xərcləməyi düşünən Hindistan Baş naziri Narendra Modi xarici şirkətləri məhsulları ölkə daxilində istehsal etməsini və yerli şirkətlərin bu prosesə cəlb olunmasını istəyir.
Ağalar Ağalarlı
Ordu.az