Son iki il ərzində 179 kəşmirli həlak olub

2018/02/iok-kashmir32432_1517822342.jpg
Oxunub: 1588     17:22     05 Fevral 2018    
Məşhur komandir Burhan Müzəffər Vaninin 2016-cı il iyulun 8-də öldürülməsindən bu vaxta qədər Hindistan qoşunlarının hücumları nəticəsində qadın və yeniyetmələr də daxil olmaqla 179 nəfər şəhid olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kəşmir Media Xidmətinin Tədqiqat Bölməsi məlumat yayıb.

Məlumata görə, həmin müddətdə 8360 nəfər yaralanıb, 65820 yaşayış binası dağıdılıb. Ümumilikdə, 1989-cu ilin yanvarından 2018-ci ilin fevralın 5-nə qədər 94906 nəfər kəşmirli həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Hindistan   Kəşmir  


Bizi "telegram"da izləyin