SAHAL Azərbaycanda olan raket komplekslərini silahlanmaya qəbul edəcək

2018/02/Israeli_army_to_acquire_EXTRA_rocket_missisle_systems_from_IMI_925_001I_151781476823423_1517821656.jpg
Oxunub: 2006     17:03     05 Fevral 2018    
İsrailin “Qaarets” qəzetinin məlumatına görə, İsrail Müdafiə Nazirliyi 300 kilometr məsafədə yerləşən hədəfləri məhv etməyə qadir “yer-yer” tipli raketlərin istifadəsi ilə İsrail Müdafiə Qüvvələri üçün yeni imkanlar yaratmaq istərdi. Hərbi texnika, o cümlədən EXTRA raket komplekslərinin əldə edilməsi üçün yarım milyard dollar civarında vəsait artıq ayrılıb. Layihənin ümumi dəyəri İsrail Müdafiə Qüvvələri tərəfindən sifariş ediləcək raketlərin sayından asılı olaraq 2 milyard dollar təşkil edə bilər.

Ordu.az bu barədə Armyrecognition.com saytına istiandən məlumat verir.

EXTRA operativ-raket sistemi “Israel Military Industries” (IMI) və “Israel Aerospace Industries” (IAI) şirkətləri tərəfindən yaradılan artilleriya raket sistemidir. Bu sistemlər 2013-cü ildən etibarən Azərbaycan, İsrail və Vyetnam tərəfindən istifadə olunur.

EXTRA raketləri ilk dəfə ictimaiyyətə 2015-ci ildə Parisdə keçirilən aviaşoular çərçivəsində təqdim edilib. Sərt yanacaqlı raket 3,97 metr uzunluğa, 306 millimetr kalibrə, 450 kiloqram çəkiyə və 120 kiloqram döyüş çəkisinə malikdir.

Atəşin maksimal məsafəsi 150 kilometr təşkil edir. IAI tərəfindən hazırlanan tuşlama sistemi GPS üzrə peyklə, həmçinin TCS sisteminin vasitəçiliyi ilə atəş açmağa qadirdir və onun hədəfdən maksimal yayınması 10 metr təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHAL   Azərbaycan-İsrail  


Bizi "telegram"da izləyin