ABŞ-ın nüvə doktrinası: yeni təfərrüatlar

2018/02/535_1517820674.jpg
Oxunub: 2545     16:47     05 Fevral 2018    
Birləşmiş Ştatların yeni nüvə doktrinası barədə daha öncə açıqlanmayan yeni təfərrüatlar bəlli olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nüvə doktrinasının yeni detalları ABŞ Müdafiə Nazirliyi tərəfindən ictimailəşdirilib.

Sənəddə “Columbia” tipli ballistik raketlərlə təchiz edilən ən azı yeni 12 ədəd sualtı atom gəminin qurulacağında, 2029-cü ildən etibarən yeni qitələrarası ballistik raketlərin yaradılacağında, yeni B-21 strateji bombardmançısı və bombardmançı və sualtı gəmilər üçün qanadlı raketlərin hazırlanacağında bəhs edilir.

Həmçinin ABŞ-ın Rusiya və Çini özünə rəqib hesab etmək istəməməsi, bu ölkələrlə stabil əlaqələr yaratmaq istəyi qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nüvə-doktrinası  


Bizi "telegram"da izləyin