2018-ci ildə Rusiya AQ 100-dən çox helikopter və təyyarə alacaq

2018/02/533_1517819309.jpg
Oxunub: 3314     16:21     05 Fevral 2018    
Rusiya Aerokosmik Qüvvələri 2018-ci il ərzində 10-dən çox yeni və modernləşdirilmiş helikopter və təyyarə ilə təchiz ediləcək.

Ordu.az Aex.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Aerokosmik Qüvvələrinə veriləcək texnika arasında Su-35S və Su-35SM qırıcıları, Su-34 bombardmançıları, Ka-52, Mi-28 və Mi-8 helikopterləri də var.

Həmçinin 10-dan S-400 diviziyonu və “Pantsir-S” zenit raket komplekslərinin Aerokosmik Qüvvələrə veriləcəyi planlaşdırılır.

Xatırladaq ki, ötən ilə Rusiya Aerokosmik Qüvvələri 200 müasir helikopter və təyyarə, o cümlədən 100-dən çox hava hücumudan və raket əleyhinə müdafiə sistemləri ilə təchiz edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rusiya-Aerokosmik-Qüvvələri  


Bizi "telegram"da izləyin