Çin dənizdə Allahlığa yüksəlmək üçün plan hazırlayıb

2018/02/532_1517818840.jpg
Oxunub: 2324     16:15     05 Fevral 2018    
Çin rəhbərliyi süni intellekt texnologiyalarını sualtı atom gəmilərinin idarəetmə sisteminə daxil etmək barədə qərar qəbul edib.

Ordu.az Zokon.kz saytına istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Məlumata görə, süni intellektin sualtı atom gəmilərinin idarəetməsində tətbiqi donanmanın döyüş potensialını əhəmiyyətli dərəcədə atıracaq və gəmi komandirlərinə daha doğru qərarlar qəbul etməyə kömək göstərəcək.

Layihə üzərində işləyən alimlərin sözlərinə görə, bu layihə həm də kompüter şüurunun inkişafına yol açacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Sualtı-atom-gəmiləri  


Bizi "telegram"da izləyin