Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
“Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində fevralın 5-də daha 12 YPG terrorçusunu məhv ediblər. Ümumiyyətlə, əməliyyat çərçivəsində 947 terrorçu zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunur.
Ağalar Qəribov
Ordu.az