NYT: İsrail HHQ Misirə İŞİD-in məhvində kömək edib

2018/02/527_1517815305.jpg
Oxunub: 2058     15:21     05 Fevral 2018    
İsrail Sinay yarımadası ərazisində İŞİD terrorçularının məhv edilməsində Misisə hərbi yardım edib.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“İki ildən çox müddət ərzində İsrail PUA və təyyarələri Misir ərazisində həftədə 100-dən çox hava zərbəsi həyata keçirməklə Misirə terrorçuları məhv etməyə yardım göstərirdi – və bütün bunlar Misir prezidenti Əbdül-Fəttah əs-Sisinin razılığı ilə baş verib”, - deyə məlumatda qeyd olunur.

Həmçinin Misirdə terrorizm üzərində qələbədə İsrailin hava zərbələrinin çox mühüm rola malik bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   İsrail   İŞİD  


Bizi "telegram"da izləyin