Estoniyada NATO qoşunlarının iştirakı ilə təlimlər başlayır

2018/02/525_1517814038.jpg
Oxunub: 2504     15:02     05 Fevral 2018    
Estoniyada NATO-nun mindən çox hərbi qulluqçusunun iştirak edəcəyi yeni təlimlər başlayır.

Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən “Talvelaager 2018” adlanan təlimlər bu gün Mərkəzi Ordu Poliqonu və “Soodl” poliqonunda keçiriləcək.

Qeyd edək ki, təlimlərdə iştirak edəcək NATO batalyonuna Böyük Britaniya başçılıq edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   NATO   Hərbi-təlim  


Bizi "telegram"da izləyin