Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub.
Məlumatda bildirilir ki, Çin sülh yolu ilə inkişaf irəli sürür və milli özünümüdafiə siyasətinə sadiq qalır. Çin hər zaman nüvə silahını ilk olaraq iştirak etmək prinsipindən istifadə etmir, həmçinin nüvəsiz ölkə və zonalara, nüvə silahından azad ərazilərə qarşı nüvə silahı istifadə etmək barədə təhdidlər irəli sürmür.
“Çin hər zaman nüvə silahının hazırlanması üzrə səbrli mövqe göstərir və həmişə öz nüvə qüvvələrini minimal səviyyədə - milli təhlükəsizliyin təmin edilməsi üçün yetərli olan qədər saxlayıb”, - deyə məlumatda açıqlanıb.
Həmçinin qeyd edilir ki, ABŞ dünyanın ən geniş nüvə arsenalına malik olan ölkəsidir. Pekin Vaşinqtonun “Soyuq müharibə” təfəkküründən xilas olaraq öz nüvə arsenalını məhdudlaşdıracağına ümid edir.
Ordu.az