Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ-ın yeni nüvə strategiyasını şərh edərkən bildirib.
“ABŞ rəhbərliyinin yeni taktiki nüvə silahı yaratmaq barədə qərarı yeni nüvə silahı yarışı spiralının inkişaf etdirilməsindən xəbər verir. “Soyuq müharibə” illərində olduğu kimi, yenə də biz – Avropa zəifik. Məhz bu səbəbdən silahlanma və silahsızlaşdırmaya dair yeni təşəbbüsləri Avropa irəli sürməlidir”, - deyə Qabriel qeyd edib.
Ağalar Qəribov
Ordu.az