xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə ABŞ Müdafiə nazirliyi tərəfindən elan edilib.
Məlumata görə, ümumi dəyəri 13.3 milyon dollar olan müqavilə 2023-cü ilin mayında tamamlanacaq.
Qeyd edək ki, Tayvanın hərbi hava qüvvələrinin modernizasiya planı ötən ay başladılıb. Plana görə, Tayvanın F-16 proqramı çərçivəsində 144 ədəd F-16 A/B Falconu təkmilləşdiriləcək. Proqramın ümumi dəyəri 5.3 milyard dollardır.
Ağalar Ağalarlı
Ordu.az