ABŞ Suriyada mümkün sarin qazı hücumunu araşdırır

2018/02/42050424_303345_1517655796.jpg
Oxunub: 2247     21:47     03 Fevral 2018    
Birləşmiş Ştatlar Suriya hökumətinin müxalif qüvvələrə qarşı hücumlarında sarin qazından istifadə edib-etmədiyini araşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib.

Onun sözlərinə görə, döyüş zonasından olan insanlar müharibə zamanı sarin qazından istifadə edildiyini bildirib. Lakin hal-hazırda bunu təsdiqləyəcək konkret dəlil yoxdur.

Mettis bu vaxta qədər Suriya hökumətinin bir neçə dəfə xlor qazından istifadə etdiyini bildirib. Sarindən fərqli olaraq xlor qazını istehsal etmək daha asandır və Kimyəvi Silahlar konvensiyası tərəfindən qadağan edilməyib.

Qeyd edək ki, Suriya 2013-cü ildə öz kimyəvi silahlarından imtina etməklə bağlı Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ilə razılaşıb. Lakin Suriyanın təkzib etməsinə baxmayaraq, BMT və həmin təşkilat Suriya hökumətinin son iki ildə sarin və xlor qazı silahlarından istifadə etdiyini iddia edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Sarin-qazı  


Bizi "telegram"da izləyin