““Rusiya təhdidi” ABŞ-ın trilyonlar xərcləməsi üçün bəhanədir” - Antonov

2018/02/345345345_1517649999.jpg
Oxunub: 3001     17:43     03 Fevral 2018    
“Vaşinqton Rusiya təhdidini özünün nüvə quruculuğuna bəhanə kimi istifadə etsə də, yeni nüvə strategiyasının arxasında duran əsas məqsəd hərbi kompleksə pulun axmasını təmin etməkdir”.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səsləndirib.

“Problem budur ki, Amerika yenidən Rusiyanı öz hərbi xərclərinə və nüvə quruculuğuna haqq qazandırmaq üçün istifadə edir. Biz yaxşı anlayırıq ki, yeni doktrina hərbi sənayeyə daha çox vəsaitin yeridilməsinə xidmət edəcək. Söhbət trilyon dollarlardan gedir”, - deyə səfir qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin