İran BQ rəisi: “Ölkəmiz müdafiə imkanlarının artırılmasına davam edəcək”

2018/02/77234_114345345_1517646705.jpg
Oxunub: 1593     16:29     03 Fevral 2018    
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri ölkənin raket proqramına yönəlik xarici müdaxilələri qınayıb.

Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, Baqiri ordunun çəkindirmə gücünün böyüməsinə davam edəcəyini bildirib.

1979-cu il İslam İnqilabının il dönümü ilə bağlı tədbirlərə qatılan Baqiri İran ordusunun düşmən aktlarına qarşı tam hazırlıqlı olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket-proqramı  


Bizi "telegram"da izləyin