ABŞ Cənubi Sudana silah embarqosu başladır

2018/02/435345_1517644824.jpg
Oxunub: 1475     15:54     03 Fevral 2018    
Cənubi Sudanda 2013-cü ildən etibarən davam edən böhrana qarşı Birləşmiş Ştatlar bu ölkəyə silah embarqosu tətbiq edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Heser Nayuert bildirib.

“Münaqişə nəticəsində 1.5 milyon insan yoxsul, 4.2 milyon insan isə öz evindən didərgin düşüb. Bu dəhşət və zorakılığın davam etməsinə cavab olaraq Birləşmiş Ştatlar Cənubi Sudana silah embarqosu tətbiq etməyə qərar verib.”, - deyə Nayuert bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Sudan   Silah-embarqosu  


Bizi "telegram"da izləyin