Fransanın Marsel və Kann şəhərləri arasındakı Briqnol qəsəbəsinin yaxınlığında iki hərbi təlim helikopteri qəzaya uğrayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin mətbuat katibi bəyan edib.
Məlumata görə qəza nəticəsində göyərtədə olan ən azı beş nəfər həlak olub. Hal-hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Fransa
Helikopter-qəzası