Britaniya SQ üçün silah almağa 30 milyard dollar kifayət deyil

2018/02/1430338733-1345345_1517560284.jpg
Oxunub: 3932     16:31     02 Fevral 2018    
Böyük Britaniya Silahlı Qüvvələri üçün 2017-2027-ci illərdə hərbi gəmilər, reaktiv təyyarələr və sualtı gəmilərin alınması üçün 21 milyard funt sterlinq (30 milyard dollar) yetərli olmaya bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qənaətə Britaniya Milli Maliyyə-Reviziya İdarəsinin ekspertləri gəliblər.

Onlar hesab edirlər ki, bu vəziyyət yaxın onillik ərzində ölkənin müdafiə xərclərini azaltması nəticəsində baş verə bilər. Həmçinin mütəxəssislər qeyd edirlər ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyinə bu silahların alınmasına yönəldiləcək 7,9 milyard funt sterlinq (11 milyard dollardan çox) vəsait yoxdur.

“Silahların alınması üzrə plan yolverilməzdir. Britaniya Silahlı Qüvvələri maliyyə defisitinin aradan qaldırılması üçün zəruri addımlar qəbul etməlidirlər”, - deyə qənaətə Britaniya Milli Maliyyə-Reviziya İdarəsinin direktoru Amias Mors bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   SQ  


Bizi "telegram"da izləyin