Sarkisyan potensial "sülhməramlı" terrorçular yetişdirir - FOTO

2018/01/2387946237894698_1517388400.jpeg
Oxunub: 1604     18:09     31 Yanvar 2018    
"Sabiq nazir məni Almaniya müalicəyə göndərəcəyinə söz verdi və əməl etmədi".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Armavir vilayətinin Mayisyan kənd sakini 29 yaşlı Davit Hakopyanın bədənin sol tərəfi artıq 6 aydır ki, iflic olub.

Ermənistan sülhməramlı qüvvələrinin keçmiş hərbi qulluqçusu bildirir ki, onu həkim bu hala salıb.

Belə ki, o, kəskin qarın agrıları ilə hospitala təxliyyə olunub, ağır əməlliyatdan sonra komaya düşüb. Ayılandan sonra əməliyyat olunduğunu bilib. Müalicə epiqrizindəki məlumata görə, cərrahiyyə əməliyyatı zamanı insult keçirib.

Deyilənlərə görə, əməliyyat zamanı sinir sistemi zədələnib və onun müalicəsi yalnız Almaniyada mümkündür. Yaddaşında da problem yaranıb. Hakopyan bildirir ki, o zaman onu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan aldadıb.

"Sabiq nazir məni Almaniya müalicəyə göndərəcəyinə söz verdi və əməl etmədi. Mən məcbur olaraq, ağır addım atdım. Seyran Ohanyanın dövründə müalicə üçün 500000 dram pul verilib. Bu pulla məni aldadıb, müalicəmi bitirməyiblər".

Nəticədə, diqqəti özünə yönəltmək üçün cinayətə əl atıb və həbsə düşüb. Belə ki, əsəbinə hakim ola bilməyən Davit Hakopyan, polisə zəng edərək, keçmiş müdafiə naziri Seyran Ohanyanın iş otağında bomba olduğunu bildirir. Bir neçə gün sonra yenidən zəng edərək, hərbi hospitalda, daha sonra prezident iqamətgahında bomba olduğu barədə məlumat verir.

17 dekabr 2015-ci il tarixli qərarı ilə, Armavir vilayət məhkməsi Davit Hakopyanın xahiş və xidmət şəraitini nəzərə alaraq, onu 1 il 6 ay azadlıqdan məhrum edir. Erməni hərbçi 1-ci qrup əlil olan şəxs, müalicə olunmaq əvəzinə türmədə peyda olur.

O, Ermənistan müdafiə naziri Vigen Sarkisyanla da görüşüb. Lakin Sarkisyan da ona yardım edə bilməyəcəyini qeyd edib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Bomba   Yaralı  


Bizi "telegram"da izləyin