"Dəhşət" axtarışda: Sarkisyan Tadevosyanı yoxlatdırır

2018/01/34534535_1517384789.jpg
Oxunub: 2772     15:43     31 Yanvar 2018    
Ermənistanda ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyanın rəhbərlik etdiyi DOSAAF-da (Ermənistan müdafiə hərbi texniki cəmiyyəti) bir həftədir yoxlama keçirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunda “dəhşət” ləqəbli general-polkovnik Mikayel Harutyunyanın yoxlama heyəti general-mayor Arkadi Ter-Tadevosyanın rəhbərlik etdiyi DOSAAF-da bir həftədir yoxlamalar keçirir.

Yoxlamaları Ermənistan prezidentinin məsləhətçisi, baş inspeksiya rəisi general-polkovnik Harutyunyanın qrupu həyata keçirir.

Məlumata görə, Harutyunyan istefaya göndərilən baş qərargah rəisinin sabiq müavini Haykaz Bağmanyan kimi şəxslərin də yoxlanışını həyata keçirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tadevosyan   DOSAAF  


Bizi "telegram"da izləyin