Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ifadələr İrs Fondunun hesabatında yer alıb.
“Gürcüstan üçün NATO üzvlüyü: ABŞ və Avropanın maraqları çərçivəsində” başlıqlı hesabatda bildirilir ki, 2018-ci il ABŞ-NATO-Gürcüstan əlaqələri üçün vacib ildir. Bu təkcə Rusiya-Gürcüstan müharibəsinin 10 illiyinə görə yox, həm də NATO-nun Gürcüstana üzvlük vəd etməsinin on illiyinə görədir.
Hesabatın müəllifi olan Lyuk Koffinə görə, ABŞ-Gürcüstan əlaqələrinin gücləndirilməsi üçün ABŞ aşağıdakı addımları atmalıdır:
- Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləməli;
- Regional müdafiə və ABŞ-ın Qara dənizdə hərbi mövcudluğunu artırmaqla qarşılıqlı hərbi əlaqələri gücləndirməlidir.
Ağalar Ağalarlı
Ordu.az