Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına yaralı erməni əsgərin anası Seda Qaribyan məlumat verib.
“"Narek necədir?" deyə bir dəfə də olsun zəng etməyiblər və ya gəlib maraqlanmayıblar. Oğlum orduya gedib və orada yaralanıb, indi isə yaralı vəziyyətdə qayıdıb. Hazırda onun gözləri görmür. Faktiki olaraq Müdafiə Nazirliyi düşünür ki, hadisə oldu bitdi, indi get necə istəyirsən yaşa. Sağlam apardılar, indi isə maraqlanan yoxdur”, - deyə Hoveyanın anası narazılığını bildirib.
Yaralı erməni əsgəri Narek hələ də mina partlayışı nəticəsində digər xidmət yoldaşlarının öldüyü barədə məlumatlı deyil. Narek yaralandıqdan sonra Xankəndi hospitalında bir gözü əməliyyat yolu ilə çıxarılıb. Həkimlər digər gözünün görmə qabiliyyətinin bərpa olunacağına ümid edirlər.
Xatırladaq ki, 21 noyabr 2017-ci ildə saat 18:35 radələrində işğal altında olan Qarabağ ərazisindəki qondarma qurumun hərbi hissələrdən birinin müdafiə zolağında mina partlayışı nəticəsində 1995-ci il təvəllüdlü leytenant Qeğam Zakaryan, 1998-ci il təvəllüdlü Sarkis Abrahamyan, 1997-ci il təvəllüdlü Sarkis Məlikyan olmaqla 3 hərbi qulluqçu ölüb, 1998-ci il təvəllüdlü Narek Hoveyan isə yaralanıb.
Alpər Mövludoğlu
Ordu.az