Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsini yaradan, hərbi ekspert Vova Vartanov bildirib.
Vartanov, 2017-ci ildən öncə Ermənistan ordusunun vəziyyətinin kifayət qədər ağır olduğunu etiraf edib.
"O zaman bu barədə danışmırdıq ki, insanlar panikaya düşməsinlər. Ordu ölmüş bir orqanizmi xatırladırdı. Davamlı olaraq eyni vəziyyət idi. Heç bir inkişaf yox idi. İnkişafı yeni texniki vasitələrin tətbiq olunmasında təsəvvür edirdilər. Bu çox böyük səhv idi. Ordunun inkişafı yeni texniki vasitə ilə olmur", - deyə o bildirib.
Vartanov, sərhəddə geniş miqyaslı əməliyyatların yenidən bərpasının mümkünlüyünə dair suala bu şəkildə cavab verib: “Genişmiqyaslı döyüş əməliyyatları gözləmirəm. Düzünü desək heç apreldə də gözləmirdim. Bu həm hərbi rəhbərlik, həm də cəmiyyət üçün gözlənilməz oldu. Biz hücuma hazır olmadığımıza görə, daha çox müdafiəyə önəm veririrk".
Alpər Mövludoğlu
Ordu.az