Ordu.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə milli təhlükəsizlik xidmətinin istintaq idarəsinin rəisi Mikayel Hambartsumyan bildirib. O qeyd edib ki, əldə edilən məlumatlar göstərir ki, Arman Zancuğazyan Ermənistanda daimi yaşamaqla, 2014-cü ildən müsəlman dinini qəbul edib, sosial şəbəkələr vasitəsilə İŞİD terror qruplaşmasının həyata keçirdiyi terror fəaliyyətləri ilə tanış olmağa və dəstək verməyə başlayıb.
Arman Zancuğazyan rus hərbçini öz təşəbbüsü və təşkilatçılığı ilə öldürsə də, İŞİD terror qruplaşmasının adından çıxış edən şəxslərdən internet vasitəsilə dəstək alıb.
Bütün bunlarla bağlı Arman Zancuğazyan izahatlar verib.
Alpər Mövludoğlu
Ordu.az