"Apreldə aydın oldu ki, biz ordunu xəyallarımız hesabına saxlamışıq" - Qaqik Melkonyan

2018/01/timthumb324_1517250661.jpg
Oxunub: 2886     02:50     30 Yanvar 2018    
"Ordunun qurulmasının ildönümü ilə əlaqədar acınacaqlı şişirdilmiş çıxışların yayılması, konsert təşkil edərək, ordu quruculuğunda əməyi olan və olmayanları medallarla bəzəməklə, hökumət əsgərin təhlükəsizliyi və ya döyüş qabiliyyətli ordunun problemlərinə qayğı göstərdiyinə dair ictimaiyyəti inandıra bilməz".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin keçmiş müavini, könüllü döyüşçülər ittifaqının üzvü Qaqik Melkonyan bildirib.

O, erməni mətbuatına verdiyi müsahibəsində Ermənistan ordu rəhbərliyini kəskin şəkildə tənqid edib.

"İllərdir Azərbaycan tərəfi silahlanır, hücum edəcəyini bildirirdi. Erməni tərəfi isə deyirdi ki, hələ bir qoy hücum etməyə cəhd etsin. Budur aprel ayında hücum etdi və məlum oldu ki, ordunu xəyallarımız, ruhumuz hesabına saxlamışıq, silah problemimiz də daxil çoxsaylı problemlərimiz var. Silah əldə etmək silahlanmaq lazımdır. Aprel müharibəsindən sonra nəticə çıxarılmağa başladı.

Məlum oldu ki, ön xətt kəndlilərin, fəhlənin və sadə xalqındır, təəssüf ki, bu həmişə belə olub. Əgər orduda ədalət olarsa, ön xətt mövqelərində zənginlərin, vəzifəlilərin övladları da kasıbın balası ilə yanaşı qulluq edərsə, yalnız bu halda ordu güclü ola bilər və xalq xidmətdən, ölkədən qaçmaz. İndi isə insanlar istənilən yolla ordudan qaçmağa cəhd edirlər", - deyə o bildirib.

Qaqik Melkonyan əlavə edib ki, hazırda oğlan övladı olanlar onları ölkədən çıxarmaq üçün heç nəyi əsirgəmirlər.

Erməni mətbuatı bir neçə gün əvvəl, son 5 il ərzində 15009 nəfərin Ermənistan vətəndaşlığından imtina etdiyi barədə yazmışdı. Bununla əlaqədar keçmiş polis rəisi hakim respublikaçılar partiyasından olan deputat Alik Sarkisyan verdiyi müsahibədə bildirmişdi ki, insanların böyük əksəriyyəti hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edib. Ermənistan müdafiə nazirinin keçmiş müavini də bunun əsas səbəb olduğu ilə həmfikirdir.

Onun sözlərinə görə, müdafiə haqqında qanunda və təhsil hüququnun məhdudlaşdırılmasında dəyişiklik də belə təsadüf deyil.

"Ordu kolxoz deyil, zavod deyil, müharibə vəziyyətində olan ölkənin ordusunun rəhbərliyində hərbçi dayanmalıdır", - deyə o etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Aprel-döyüşləri   Xaos  


Bizi "telegram"da izləyin