Ordu.az Gürcüstanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qudauridə keçirilən təlimə Azərbaycanla yanaşı, Gürcüstan, Latviya, Polşa və Ermənistandan ümumilikdə 13 hərbçi qatılıb.
Təlim iştirakçıları xizək sürmə və qarlı əraziləri ötüb keçmək, axtarış-xilasetmə və təxliyə tədbirlərinin təşkili, qarlı ərazidə sığınacağın qurulması və gecələmək və s. ilə bağlı biliklər əldə edirlər.
Dağ hazırlıq təlimi fevral ayının 2-də başa çatacaq.
Ordu.az