Gürcüstan və Litva NATO çərçivəsində müttəfiqliyi müzakirə ediblər

2018/01/456456_1517229755.jpg
Oxunub: 2814     20:40     29 Yanvar 2018    
Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkədə rəsmi səfərdə olan Litvanın baş naziri Saulyus Skvyarnyalisi qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Apsny.ge saytı məlumat yayıb.

Tərəflər regionda təhlükəsizliyi, Rusiya və Gürcüstan əlaqələri, o cümlədən Gürcüstan və Litvanın NATO və Avropa İttifaqı çərçivəsində əməkdaşlığını müzakirə ediblər.

Görüşdə Litva-Gürcüstan ikitərəfli əlaqələri ilə yanaşı olaraq çoxtərəfli formatda əməkdaşlıq barədə də söhbət aparılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Litva   NATO  


Bizi "telegram"da izləyin