Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 28-də Ermənistan ordusunun yaranma günü münasibətilə İrəvanda aktivistlər tərəfindən hərbi xidmətə dair bir sıra tələblərlə bağlı adsız aksiya keçirilib.
Suallar İrəvandakı piyada keçidlərindən birində yerləşdirilib Məlumata görə, aksiya Bağramyan küçəsinin (erməni prezidentinin iqamətgahı yerləşən ərazi) keçidində baş tutub. Qaldırılan problemlərə “Xalq-Ordu” konsepsiyası ilə əlaqədar 2016-cı ildə Vigen Sarkisyanın çıxışından sitatlar daxil edilib.
Ordu haqqında necə danışmaq lazımdır?
Oruduan yayınarkən nədən yayınmış oluruq?
Oğlun orduya getməsin deyə nə qədər pul vermisən?
Ordudan sonra diş həkimlərinə nə qədər pul xərcləmisən?
Orduda səni neçə dəfə döyüblər?
Sizin alayda özünə qəsd halı olubmu?
Sənin hərbi hissəndə neçə “yaxşı” adam vardı?
Sizədə də bit-birə düşürdü?
Əsgərinə neçə dəfə bağlama yollamısan?
Hərbi xidmətdən əvvəl ordu haqqında təssüratın belə idi?
Həyəcan vaxtı düşünürdün ki, əgər ölsən xalq səni unutmaz?
Orduda sən deyən idin, yoxsa dinləyən?
Daha çox döymüsən, yoxsa döyülmüsən?
Ordudan neçə ay sonra özünə gəlmisən?
Bir də xidmət edərsən?
Alpər Mövludoğlu
Ordu.az